AFFA ötən ildən etibarən Tovuz şəhər stadionunda aparılan tikinti və yenidənqurma layihəsini yarımçıq dayandırıb.
Sportal.az xəbər verir ki, bu barədə sportinfo.az-a «Turan» azarkeşləri məlumat verib. Yerli futbolsevərlər bildirib ki, artıq bir neçə aydır işlərə ara verilib. Arenada planlaşdırılan təmir-tikintinin əsas hissəsi başa çatsa da, təhvil-təslimin nə vaxt olacağı məlum deyil.
Onların dediyinə görə, bu məsələ ilə bağlı «Turan» rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlara problemin AFFA-nın maliyyə çatışmazlığı ilə üzləşməsi səbəbindən yarandığı söylənilib.
saytlarin hazirlanmasi