“Turan Tovuz” Futbol Akademiyasına koordinator təyin olunub.

 

Sportal.az xəbər verir ki, PRO kateqoriyalı mütəxəssis Adil Şükürov bu vəzifəyə təyin edilib. 43 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb.

 

Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. O, “Bakı” futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.

 

“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi yanvarın 16-da keçirilib.