Mustafa Dənizlinin yeni klubu

17:17 - 28 Aprel 2021

Türkiyəli mütəxəssis Mustafa Dənizlinin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 71 yaşlı çalışdırıcı “Altay”ın baş məşqçisi təyin edilib. Liqa 1 təmsilçisi müqavilə şərtləri barədə məlumat verməyib.

 

Komanda 1-ci liqada 32 turdan sonra topladığı 57 xalla 5-ci sıradadır.

 

Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırıb. O, son olaraq İran yüksək liqasında çıxış edən Cənubi Azərbaycanın “Traktor” komandasının baş məşqçisi olub.

Xəbər xətti