Super Liqanı tərk edəcək ilk klub

20:46 - 2 May 2021

Mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 37-ci turda  "Rizəspor"a uduzan (0:1) "Dənizlispor"un növbəti mövsüm 1-ci liqada mübarizə aparacağı dəqiqləşib.

 

Komanda 28 xalla turnir cədvəlinin sonuncu - 21-ci pilləsində qərarlaşıb.

 

Dənizlispor bu mövsüm Super Liqaya yüksəlmişdi.

Xəbər xətti