AFFA-nın Lisenziya Komissiyasının bu gün baş tutan iclasında I divizion təmsilçiləri “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verilməməsi qərara alınmasını xəbər vermişdik.
Sportal.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi İlham Yadullayev sportinfo.az-a açıqlamasında verilən qərara münasibət bildirib:
"Yolda xəbər tutdum ki, belə bir şey yazılıb. İstər-istəməz adam şoka düşür ki, yenə keçən ilki şey təkrar olunur. Amma nə deyə bilərəm. Bizdən asılı olacaq şey deyil. Düzdü, bizə pis təsir edir. Çünki ilboyu yüksəklərə getməyə çalışırsan, amma belə olanda pis olur".
Gənc mütəxəssis hələ bu barədə nə rəhbərlik, nə də futbolçularla danışmadığını deyib "Açığı, bu barədə futbolçularla danışmamışam. Heç rəhbəriklə də bu barədə danışığımız olmayıb. Sabah ənənəvi olaraq oyunun analizi üçün iclas olacaq. Orda yəqin ki, bu barədə nəsə danışarıq".
saytlarin hazirlanmasi