Tovuzdakı akademiya FIFA-dan maliyyələşəcək

19:28 - 31 May 2021

“Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş akademiyanın növbəti 3 ildə FIFA-nın maliyyəsi ilə fəaliyyət göstərəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilir ki, akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib.

 

Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.

Xəbər xətti