Stadnik finala yüksəldi

Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

 

Sportal.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub. Mariya Stadnik startda Rumıniya güləşçis Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. 1/4 finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Stadnik yarımfinalda rusiyalı rəqibi Mariya Tiumerekovanı da ilk hissədə xalçadan məyus yola salaraq, adını finala yazdırıb.

 

Stadnik finalda ukraynalı Oksana Livaçla güləşəcək. Final qarşılaşmaları Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Tarix: 10 İyun [15:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio