İlham Yədullayevin ayrılığından sonra "Turan Tovuz"un yeni baş məşqçisi hələ ki müəyyənləşməyib. Sportal.az-a açıqlama verən divizion klubunun müşahidə şurasının sədri Oqtay Abdullayev yeni baş məşqçi axtarışlarının davam etdiyini deyib:
"Baş məşqçi postuna 3-4 namizəd var. Müşahidə Şurasında bu barədə müzakirələr aparır. Elə bir baş məşqçi seçməliyik ki, akademiyanın rəhbəri Adil Şükürovla da birgə çalışa bilsin. İstəyirik ki, akademiyamızdan gələcəkdə milli komandalara oyunçu yetişsin. Yəqin ki, yaxın günlərdə yeni baş məşqçimiz açıqlanacaq. Bu vəzifəyə 4 nəfər namizəddir. Digər məşqçilərə hörmətsizlik olmasın deyə, ad açıqlamıram. Hazırda seçim gedir. Yaxın günlərdə hər şey məlum olacaq".
saytlarin hazirlanmasi