Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

17:28 - 20 İyul 2021

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.


Sportal.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

 

Yusif İsparov debütdə erməni güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Ancaq 1/4 finalda amerikalı rəqib keçilməz olub. 

 

Elman Məmmədov startda Fransa təmsilçisinə qalib gəlib. Ancaq daha sonra İran güləşçisinə uduzub.
Abdulrəhman İbrahimov ilk mərhələdə ABŞ təmsilçisindən güclü olub. Növbəti görüşdə isə erməni rəqibini xalçadan məyus yola salıb. Qazaxıstan idmançısını da üstələyən İbrahimov adını yarımfinala yazdırıb.
İlkin Ağayev debütdə türkiyəli həmkarıyla bacarmayıb.

 

Yusif Dursunov İsrail güləşçisinə vaxtından əvvəl qalib gəlməklə dünya çempionatına inamlı start verib. Finlandiya idmançısına da eyni aqibəti yaşadan Dursunov yarımfinala yüksəlib.

Xəbər xətti