Polşa çempionatının rəsmi feysbuk səhifəsi olan "PKO Ekstraklasa" dünən izləyicilərinin marağını cəlb edən paylaşım edib.
Sportal.az xəbər verir ki, polyaklar 4 futbolçunun fotosunu paylaşaraq "onlardan hansı yeni komandası üçün daha çox qol vuracaq?" statusu ilə izləyəcilərinə sual ünvanlayıb.
Fotoda Mahir Emreli ilə yanaşı, "Qornik" adlı-sanlı transferi Lukaş Podolski, "Lex"in "Fatih Karagümrük"dən kollektivə cəlb etdiyi Artur Sobiex və "Poqon" "Frosinone"dən yeni transferi Pyotr Pajişek yer alıb.
Maraqlıdır ki, polşalı futbolsevələr daha çox Emrelini müzakirə ediblər və millimizin forvardının bombardir olmaq ehtimalının yüksək olmasından yazıblar. İzləyicilərin Emreli haqda yazdığı ən maraqlı statusları nəzərinizə çatdırırıq:
"Karol Gren - Emreli çempionatın bombardiri olmağa ən ciddi namizəddi. Ondan savayı Podolski maraqlı görünür".
Qreqorj Doreçki - Emreli gənc və ambissiyalıdı. “Legiya”nın çox yaxşı qüvvəsi var.
Kamil Soboçinski - Emrelinin bombardir olacağı görünür. Mövsüm sonunda isə onu bir neçə milyona xaricə satacaqlar.
Voxnovix Lukaş - Digər futbolçulara hörmətlə yanaşıram, amma Emreli daha şanslıdı.
Mar Milk - Şübhəsiz ki, Emreli.
Pyotr Praşkiyeviç - Emreli: 15-20 qol, Podolski:10-15 qol, Parjişek və Sobiex: 5-10 qol".
Xatırladaq ki, Polşa çempionatı iki gün sonra start götürəcək. Emrelinin komandası iyulun 24-də millimizin digər üzvü Anton Krivostyukun formasını geyindiyi "Visla"nı qəbul edəcək(Plok)
saytlarin hazirlanmasi