Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Sportal.az xəbər verir ki, 65 kq. çəki dərəəsində mübarizə aparan idmançımız Hacı Əliyev final görüşünə çıxıb. Güləşçimiz həlledici qarşılaşmada Yaponiya təmsilçisi Takuto Otoquro ilə qarşılaşıb.
Rəqinə 4:5 hesabı ilə məğlub olan Hacı Əliyev gümüş medalla kifayətlənib.
****
Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışlarında 65 kq. çəki dərəcəsində final görüşü keçiriləcək.
Sportal.az xəbər verir ki, Azərbaycan idmançısı Hacı Əliyev qızıl medal uğrunda döşəyə çıxacaq. Güləşçimiz finalda yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.
Qeyd edək ki, Hacı Əliyev finala gedən yolda Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bacranq Puniya (Hindistan) qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
