Tokio-2020: Şərif Şərifov bürünc medal qazana bilmədi YENİLƏNİB

15:23 - 7 Avqust 2021

Tokio Yay Olimpiya Oyunlarının güləş yarışlarının 97 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov bürünc medal uğrunda görüşə çıxıb.

 

Sportal.az xəbər verir ki, idmançımız kubalı Reyneris Salas Pereslə qarşılaşıb. Rəqibinə məğlub olan Şərif Şərifov bürünc medal qazana bilməyib.

 

****

 

Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, 97 kq çəki dərəcəsində Azərbaycan idmançısı Şərif Şərifov təsəlliverici görüşə çıxıb. Güləşçimiz gürcüstanlı Elizbar Odikadze ilə üz-üzə gəlib və rəqibinə 7:5 hesabı ilə qalib gələrək bürünc medal uğrunda güləşmək hüququ qazanıb. Onun rəqibi kubalı Reyneris Salas Peres olacaq.

 

Digər güləşçimiz Hacı Əliyev isə 65 kq çəkidə Olimpiya çempionluğu uğrunda final görüşündə yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq.

Xəbər xətti