Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bürünc medal uğrunda mübarizə aparıb.

 

Sportal.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən idmançımız Monqolustanı təmsil edən Namuuntsetseq Oçiri ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal qazanıb.

 

Qeyd edək ki, M.Stadnik yarımfinalda yaponiyalı Yui Susakiyə uduzaraq finala yüksələ bilməmişdi.