Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.
Sportal.az xəbər verir ki, yarışa 9 idmançıyla yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb. Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında mundialda iştirak edən komandamız yekunda 122 xal toplayaraq dünyada 4-cü yeri tutub. İlk "3-lük"də İran(178), Rusiya (142) və ABŞ (129) yer alıb.
Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. "Sərbəstlər" sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında 5 medal əldə etmişdi.

Güləşçilərimiz dünya çempionatında 5 medal qazandı
kji
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
