Dünya çempionatı: qadın güləşçimiz yarımfinalda

15:38 - 19 Avqust 2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

 

Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.

 

Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb.

 

Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.

Xəbər xətti