Dünya çempionatı: iki güləşçimiz yarımfinalda

14:24 - 20 Avqust 2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Elmir Əliyev 1/8 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub.
Ziya Babaşov debütdə yerli pəhləvanla bacarmayıb.

 

Elcan Məmmədov təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq 1/8 finalda Belarus təmsilçisinə məğlub olub.

 

Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən Vəliyev 1/4 finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb.

 

Sərxan Məmmədov ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb.

 

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Xəbər xətti