Millimiz dünya çempionatının hazırlıqlarına başladı

16:05 - 2 Sentyabr 2021

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi avqustun 26-da növbəti təlim-məşq toplanışına start verib.

 

Sportal.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesi sentyabrın 8-dək davam edəcək.

 

Toplanış qarşıdan gələn dünya çempionatına hazırlıq xarakteri daşıyır. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında baş tutan məşqlər gündə 2 dəfə olmaqla keçirilir. Məşqçilər korpusu yalnız çərşənbə və şənbə günləri bir məşqlə kifayətlənir.

 

Qeyd edək ki, dünya çempionatı oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçiriləcək.

Xəbər xətti