Sabah Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək.
Sportal.az xəbər verir ki, mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 9 güləşçi təmsil edəcək. Bu gün keçirilən püşkatma mərasimindən sonra pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Əfqan Xaşalov - Roberto Alexandro (Meksika)
61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)
65 kq
1/16 final: Əli Rəhimzadə - Yunsik Yun (Koreya)
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)
79 kq
1/8 final: Əşrəf Aşırov - Axşarbek Qulayev (Slovakiya)
86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Prutviraj Patil (Hindistan)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Qeyd edək ki, sabah 61, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxacaq. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır
klj
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
