Millimiz Serbiyaya yollandı

15:14 - 30 Oktyabr 2021

Yunan-Roma güləşi üzrə millimiz U-23 dünya çempionatında iştirak etmək üçün bu gün Serbiyaya yollanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) Belqradda mübarizə aparacaq.

 

Sabah klassik güləşin bütün çəkiləri üzrə püşkatma mərasimi keçiriləcək.

 

Noyabrın 1-də Nihad, Həsən, Qurban, Məhəmməd və Sərxan xalça üzərinə çıxacaq.

 

Növbəti gün Həsrət və Ülvü mübarizəyə qoşulacaq.

Xəbər xətti