Sabah Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinə start veriləcək.
Sportal.az xəbər verir ki, fevralın 20-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 13 güləşçi təmsil edəcək. Belə ki, sərbəst güləşçilərin mübarizəsində baş məşqçi Namiq Abdullayevlə böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi 74 kq), Əşrəf Aşırov (79 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (hər ikisi 97 kq) və Rahid Həmidli (125 kq) qüvvəsini sınayacaq. Qadınların yarışında isə Elis Manolova (65 kq) çıxış edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Memorialda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.

Millimizin Bolqarıstandakı turnir üçün heyəti açıqlandı
çm
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
