Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyanla üz-üzə gələcək.
Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. Süleymanov növbəti mərhələdə erməni dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) uduzub.
İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda rumıniyalı Niku Samuel Oyoqu sınağa çəkəcək.
Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda erməni David Ovasapyan 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi yarımfinalda
şç
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
