Mayın 9-da Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında "Victory cup" turnirinə start verilib.
Sportal.az xəbər verir ki, ənənəvi yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, İran və Fransadan ümumilikdə 344 idmançı iştirak edir. İlk iki yarış gününün yekununda güləşçilərimiz 12 (2 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanıb.
Sərbəst güləşçilərimizdən Ağanəzər Novruzov (71 kq) qızıl, Sadiq Hüseynov (45 kq) gümüş, Muhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimizdən Murad Əliyev (51 kq) qızıl, Hüseyn Savadov (45 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) gümüş, Vüsal Quluzadə (51 kq) isə bürünc medal əldə edib.
Qadın güləşində isə Aysel Məmmədzadə (46 kq) bürünc medal qazanıb.
Bu gün həmçinin digər çəkilərdə mübarizəyə start verilib. Sərbəst güləşdə Vasif Bağırov (48 kq), İlyas İsayev (65 kq) və Şəmistan Axundov (80 kq) finala yüksəlib. Təbriz Bayramov (80 kq) bürünc medal üçün güləşəcək. Yarımfinal görüşündə hesabda 5:1 öndə olarkən ayağından ciddi zədə alan Musa Ağayev (65 kq) isə yarışı başa vurmaq məcburiyyətində qalıb.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq), Əli Əlizadə və Seymur Qasımov (hər ikisi 65 kq) finala vəsiqə qazanıb. Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qızların yarışında Elvina Kərimzadə (43 kq) və Ruzanna Məmmədova (49 kq) finala adlayıb. Yarımfinalda məğlub olan Fatimə İsayeva (65 kq) isə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Azərbaycan güləşçiləri Antalyada 12 medal qazandı
çj
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
