Millimizin Avrpa çempionatı üçün heyəti

Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında ölkəmizi məsul yarışda Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (65 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

Qeyd edək ki, sabah 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcək. Digər 5 çəkidə yer alan idmançılar isə iyunun 18-də xalça üzərinə çıxacaq.

Tarix: 16 İyun [11:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio