"Neftçi"nin baş məşqçi postuna gətirmək üçün danışıqlar apardığı Ertuğrul Sağlam İranın "Traktor" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis tvitter hesabında paylaşdığı açıqlama ilə Təbriz təmsilçisinə vida edib:
"Buraya gəldiyimiz ilk gündən yanımızda olan, dəstəkləri ilə bizə güc verən "Traktor" azarkeşlərinə vida zamanının gəldiyini kədərlənərək bildirmək istəyirəm. Klub rəhbərliyi ilə növbəti mövsümlə bağlı apardığımız müzakirələr uğurlu nəticələnməmişdir. Ümidlərin tükəndiyi, qarışıqlıq və xaosun yaşandığı klub tarixinin ən çətin dönəmində aldığımız bayrağı bizə güvənənləri utandırmadan təhvil verməyin xoşbəxtliyini yaşadığımızı bir daha ifadə etməliyəm. Bütün "Traktor" ailəsinə gələcəklə bağlı uğurlar arzulayarkən, irəlidə yaşana biləcək hər hansı pis və sıxıntılı günlərdə yenə dəstəyimi əsirgəməyəcəyimi də vurğulamaq istəyirəm. Hamınıza xoşbəxt, rahat və uğurlu günlər diləyirəm".
Qeyd edək ki, Ertuğrul Sağlam "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gəlib. O, klub rəhbərliyi ilə görüşüb, infrastrukturla tanış olub.
saytlarin hazirlanmasi