Avropa çempionu olan millinin Bakıya qayıdacağı tarix bilindi

13:59 - 16 İyun 2022

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə yeniyetmələrdən (U-17) ibarət yığma komanda bu gecə vətənə qayıdacaq.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Saat 01:45-də Heydər Əliyev adına Beynəlxalq Aeroportda komandanın qarşılanma mərasimi keçiriləcək.

Xəbər xətti