"Turan Tovuz" yeni mövsümün hazırlığına başlayır

13:58 - 19 İyun 2022

"Turan Tovuz" Premyer Liqa hazırlıqlarına start verir.

 

Sporatl.az xəbər verir ki, hazırda Tovuz şəhər stadionunda ot örtüyü yeniləndiyindən komanda təlim-məşq toplanışının ilk iki mərhələsini Bakıda həyata keçirəcək. Ayxan Abbasovun rəhbərliyi altında bu gündən etibarən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli ilk mərhələ start götürəcək.

 

Daha sonra, komanda koplektləşmiş heyətlə ayın 27-də  yenidən bir araya gələcək. Transfer və hazırlıq planının növbəti mərhələləri haqda ətraflı məlumat veriləcək.

Xəbər xətti