Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kipr klubu "Braqa"dan Vanderson de Jesus Martinsi transfer edib. Bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu ötən mövsümü icarə əsasında "Aris"də keçirib. 26 yaşlı sol cinah müdafiəçisi 15 matçda meydana çıxıb.