İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.
Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvləriylə görüşərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, AÇ-nin proqramına əsasən, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Sabah 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxacaq. Növbəti gün digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq.

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
l.
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
