"Qəbələ"nin yetirməsi "Turan Tovuz"da

18:31 - 30 İyun 2022

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi daha bir futbolçunun keçidini həll edib. Tovuzlular Ehtirah Şahverdiyevi transfer edib. 25 yaşlı sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ehtiram Şahverdiyev "Qəbələ"nin yetirməsidir. U-21 millimizin keçmiş üzvü son iki mövsümü "qırmızı-qaralar"ın heyətində keçirib.

Xəbər xətti