Tovuz Şəhər Stadionundakı təmir işləri ilə əlaqədar hazırlıq prosesinin ilk 2 mərhələsini Bakıda keçirən "Turan Tovuz" doğma arenasına qayıtmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi iyulun 3-də saat 18:00-da Ayxan Abbasovun baş məşqçiliyi altında tam heytlə ilk məşqinə çıxacaq. "Turan Tovuz" bütün azarkeşləri açıq məşqinə dəvət edib.
"Turan Tovuz" yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.