Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli zədələnib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" oyunçunun son durumunu açıqlayıb. Paraqvaylı yarımmüdafiəçi məşq zamanı dizində yaranmış ağrılarla əlaqədar Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçib.
31 yaşlı futbolçu əməliyyat olunmalıdır. Meza Kolli bu səbəbdən vətəninə yollanıb.