Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir. O, son mövsümdə “Telavi”nin heyətində 12 oyun keçirib 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib.
"Turan Tovuz" daha əvvəl gürcüstanlı İmeda Aşortianın da keçidini açıqlayıb.
saytlarin hazirlanmasi