Yeni mövsümün hazırlığını davam etdirən "Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Rusiyanın "Zenit" klubunun yetirməsi olan Ayxan Hüseynovu transfer edib.
23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.
saytlarin hazirlanmasi