Millimiz dünya çempionatına yollandı

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.

Millimiz bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb.

DÇ-də böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaq.

Tarix: 27 İyul [15:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio