"Turan Tovuz" "Dinamo"ya qarşı

16:29 - 27 İyul 2022

Yeni mövsümün hazırlığını Gürcüstanın paytaxtı Tbilisidə davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçını keçirəcək.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Tbilisi "Dinamo"su ilə qarşılaşacaq. Matç saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, "Turan Tovuz" Gürcüstanda keçirdiyi ilk hazırlıq oyununda "Merani" klubunu 3:1 hesabı ilə məğlub edib. Tovuzlular qonşu ölkədə son yoxlama görüşündə 27 iyul tarixində "Qaqra" ilə üz-üzə gələcək.

Xəbər xətti