İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Sportal.az xəbər verir ki, millimiz mundialda uğurlu çıxışla yadda qalıb. Belə ki, məsul yarışda iştirak edən 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəricimizdir.
Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.
Beləliklə, yığmamız 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində yunan-Roma güləşimizdə yeni rekorddur.

Millimiz dünya ikincisi oldu
şç
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
