"Turan Tovuz" son klubu "Şamaxı" olan Natan Oduvanın keçidini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.l