Azər Salahlı: "İkinci oyuna üstün yollanmaq istəyirik"

17:30 - 3 Avqust 2022

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın müdafiəçisi Azər Salahlı açıqlama verib:

 

- Sabah bizi ağır oyun gözləyir. Təcrübəli və yaxşı komandaya qarşı oynayacağıq. Maksimum diqqətli olmalıyıq. Yaxşı oyun göstərərək qalib gəlib, ikinci oyuna üstün yollanmaq istəyirik. 

 

- Komandadakı ab-hava necədi? 

- Çox yaxşıdı. Çünki "Aris"lə matçda yaxşı qələbə qazandıq. Artıq həmin oyun geridə qaldı, tarix oldu. Bütün gücümüzü sabahkı oyuna yönəltmişik.

 

Mirbağırağa

Xəbər xətti