"Neftçi"nin futbolçusu Kenni Sayef zədələnib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la matçdan əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən sıradan çıxıb. Onun əvəzinə görüşün start heyətinə Vato Arveladze daxil edilib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan matçda hesab 0:0-dır.
saytlarin hazirlanmasi