Azərbaycan Premyer Liqasının V turunun oyununda "Sumqayıt"ı qəbul edən "Neftçi"nin heyətində növbəti itki baş verib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Vato Arveladze ilk hissənin sonlarında zədələnib. Gürcü oyunçu matçı davam etdirə bilməyib və oyun əvəzinə Rəhman Hacıyev meydana daxil olub.
Görüşdən öncə baş tutan isinmə hərəkətləri zamanı "Neftçi"nin yarımmüdafiəçisi Kenni Sayev də zədələndiyi üçün komandaya kömək edə bilməmişdi.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda "Neftçi" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edir.
saytlarin hazirlanmasi