“Neftçi” Misli Premyer Liqasının VI turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “Sumqayıt” üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan flaqman senytabrın 5-də hazırlığa başlayıb. Bu gün növbəti məşq baş tutub.
Məşqdə zədəlilər – Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.
“Qəbələ” – “Neftçi” oyunu sentyabrın 10-u saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.