Eldəniz Əzizli dünya çempionu oldu

21:16 - 11 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən dünya çempionatında Yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. 30 yaşlı pəhləvan rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

 

Eldəniz Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub.

Xəbər xətti