Güləşçimiz ermənini məğlub edib bürünc medal qazandı

22:59 - 12 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov və Həsrət Cəfərov  bürünc medal görüşünə çıxıb.

 

63 kq-da mübarizə aparan Məmmədov ermənistanlı Qraçya Poqosyanı, 67 kq-da yarışan Həsrət Cəfərov isə türkiyəli Murat Fıratı məğlub edərək, bürünc medal qazanıb.

Xəbər xətti