Dünya çempionatı: İki güləşçimiz mübarizəyə qoşulur

14:20 - 13 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, yarışın dördüncü günündə qadınlardan ibarət millimizin iki üzvü mübarizəyə qoşulub.

Leyla Qurbanova (53 kq) 1/8 finalda moldovalı Yuliya Leorda ilə qarşılaşacaq.

Elis Manolova (65 kq) isə 1/4 finalda Aslı Demir (Türkiyə) – Jia Lonq (Çin) görüşünün qalibiylə üz-üzə gələcək.

Xəbər xətti