Güləşçimiz üçün medal şansı

15:40 - 13 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, 60 kq-da çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal görüşünə vəsiqə qazanıb. Təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edən Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

 

Sabah Şəriəti (130 kq) ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

Xəbər xətti