Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət millinin son 2 üzvü mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq) 1/8 finalda braziliyalı Culiye De Oliveyrayla dramatik görüş keçirib. Hesabda 0:9 geridə olsa da, güləşçimiz möhtəşəm əzmkarlıq nümayiş etdirib. Rəqibinə sona 2 saniyə qalmış “tuş”la qalib gələn həmyerlimiz 1/4 finalda tanış rəqiblə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının finalında məğlub etdiyi nigeriyalı Ester Kolavoleylə üz-üzə gələn Əliyeva növbəti dəfə son saniyələrdə əzmkar qələbəyə sevinib – 14:13. Ancaq Jalənin finala yolunu yaponiyalı dünya çempionu Tsuqumi Sakuray (0:10) bağlayıb. Əliyeva bürünc medal uğrunda Evelina Nikolova (Bolqarıstan) – Alina Akobya (Ukrayna) görüşünün qalibiylə qarşılaşacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) gənclər arasında son dünya çempionu Sakura Motoki (Yaponiya) ilə bacarmayıb – 0:6.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri sentyabrın 15-də keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Güləşçimiz üçün bürünc medal şansı
.ŞÇ
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
