Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir kiz, yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimə xalların keyfiyyətinə görə (5:5) qalib gəlsə də, növbəti mərhələdə çinli Vanhao Jouya 3:5 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) ilk görüşdə bolqarıstanlı Miroslav Kirova qalib gəlib - 5:0. Həmyerlimiz 1/8 finalda kanadalı Casmit Fulkadan güclü olub - 9:0. Bayramov 1/4 finalda iranlı Yunis İmamiçoğayiyə uduzub - 4:8.
Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Maksvel Qaritaya (Kosta-Rika) heç bir şans tanımayıb - 10:0. Milli üzvü son Avropa çempionu Feyzullah Aktürkə (11:0) də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında ikiqat dünya çempionu və olimpiya mükafatçısı Ceyden Koksla qarşılaşacaq.

Güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi
çş.
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
