"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, "Digisport.ro"ya danışan 47 yaşlı mütəxəssis komandanı Konfrans Liqasına hazırlamaq üçün kifayət qədər vaxtının olmadığını deyib:
"Azərbaycanda işləmək xoş bir təcrübədir. Təəssüf edirəm ki, Konfrans Liqasına daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtım olmadı. Yaxşı, reytinqli komandaya uduzduq. Hələ buradakı futbol haqqında çox şey deyə bilmərəm. Amma hər çempionatın öz cazibəsi var və belə təcrübələr məni cəlb edir".
Regekampf Premyer Liqanın növbəti turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda da danışıb. O, qələbə qazanacaqlarına ümid etdiyini bildirib:
"Hələlik yaxşıyıq. Qarşıda “Qarabağ”la matç gəlir. Hər cəhətdən xüsusi olan derbidir. Onlarla oynayacağımız dörd oyunun birincisində hansı səviyyədə olduğumuzu görəcəyik. Bu, çoxlu tamaşaçının izlədiyi və çox stresli bir oyun olacaq. Qalib gələcəyimizə ümid edirəm".
Elçin Əlixan