Azarkeşləri və bu mövsümki çıxışı ilə Premyer Liqaya rəng qatan “Turan Tovuz”un oyunlarında millət vəkili Arzu Nağıyevi görmək olar. Kluba sevgisini hər zaman nümayiş etdirən Arzu Nağıyev keçirilən bütün oyunlarda tribunada öz yerini alıb.
Qərb təmsilçisinin mətbuat katibi Süleyman Tağıyev də Sportal.az saytına verdiyi açıqlamada Millət vəkilinin dəstəyini hər zaman hiss etdiklərini bildirib:
“Arzu müəllimin dəstəyini hər zaman hiss edirik. İşlərinin çox olmasına baxmayaraq millət vəkilimiz bütün oyunlarımızda olub. Matçlardan öncə komandaya uğurlar arzulayır, oyunu azarkeşlərimizlə birlikdə izləyir. Hətta son oyunda məğlub olmağımıza baxmayaraq soyunub-geyinmə otağına gələrək öz dəstəyini bildirdi. Sağ olsun, daim problemlərimizlə maraqlanır, hər cür dəstəyini əsirgəmir. Arzu Nağıyevə bu dəstəyinə görə təşəkkürümüzü bildiririk”.
saytlarin hazirlanmasi