Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, milli komandalarımızın 10 üzvü ili ilk "3-lük"də başa vurub. Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq) 55000, Taleh Məmmədov (63 kq) 55200, Həsrət Cəfərov (67 kq) 50500 və Ülvü Qənizadə (72 kq) 58380 xalla öz çəkilərində reytinqi 1-ci yerdə tamamlayıblar. Rafiq Hüseynov (82 kq) 45200 xalla 2-ci, Murad Məmmədov (60 kq) 42500 xalla və Arif Niftullayev (97 kq) 44620 xalla 3-cü olub.
Qadın güləşində Elis Manolova (65 kq) 46400 xalla 2-ci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq) 45500 və Maqomedxan Maqomedov (97 kq) 47520 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, bu xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən güləşçilərə verilir.

Millimizin dörd üzvü dünya reytinqinin zirvəsində
ıl
Oxşar xəbərlər
Güləş
Azərbaycan komandası Seneqalda daha iki qızıl medal qazandı
Güləş
Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Dünya çempionatı: Bu gün 3 güləşçimiz mübarizəyə başlayacaq
Güləş
Nihat Məmmədli finalda erməni ilə üz-üzə
Güləş
Güləşçimiz dünya çempionatının finalında
Güləş
Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-də yarımfinala vəsiqə qazandı
Güləş
